Atom

Helium atomunun sadələşdirilmiş modeli: İki protondan (qırmızı) və iki neytrondan (yaşıl) ibarət bir nüvə ətrafında fırlanan iki elektron (sarı).

Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) — "bölünməz") — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy