Atropatın dairəvi heykəli 2004-2006-cı illərdə Azərbaycan Hərb Tarixi muzeyi üçün rəssam-heykəltaraş Natiq Camal Afşar tərəfindən akril boya ilə boyanmış gips materialından hazırlanıb.
Atropat (yun.Aτρoπάτης) — Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı,[3] əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı.[4] Bəzi tədqiqatçılara əsasən isə Atropat iran xalqlarından birinə məxsus olmuşdur.[5][6]
↑Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.28
↑Susan M. Sherwin-White, Amélie Kuhrt, "From Samarkhand to Sardis: a new approach to the Seleucid Empire", University of California Press, 1993. pg 78: – " The independence of the area Media Atropatene, named after Atropates, satrap of Media under Darius and Alexander (now Azerbaijan), under local Iranian dynasts, was pre-Selecuid"