Avtomobil

Hər 1000 nəfərə düşən minik avtomobillərinin sıxlığı xəritəsi

Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir.[1] Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobusxüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür. Yarış

avtomobil xüsusi konstruksiyalı, yüksək sürətli maşınlardır.

  1. Автомобил // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 75.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in