Belqrad

Şəhər
Belqrad
serb. Београд, Beograd
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
44°49′ şm. e. 20°28′ ş. u.
Ölkə  Serbiya
Region Belqrad
Mer Aleksandar Şapiç
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. III əsr[1]
İlk məlumat III əsr
Əvvəlki adı Singidunum
Sahəsi 359.96 km²
Mərkəzin hündürlüyü 116.75[2]
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 1 116 763 nəfər (2011)
Sıxlığı 3241 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +381 11
Poçt indeksi 11000
Nəqliyyat kodu BG
Digər
beograd.rs  (serb.)
Xəritəni göstər/gizlə
Belqrad xəritədə
Belqrad
Belqrad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Belqrad (serb. Београд, Beograd, ing. Belgrade, rus. Белград, Belgrad, osman. بلغراد Beliğrad[3]) — Serbiyanın paytaxtı və ən böyük şəhəri. Ortadunay düzənliyində, SavaDunay çaylarının birləşməsində yerləşir.[4] 1.2 milyon nəfərdən çox əhalisi ilə Balkan yarımadasında ən böyük şəhərlərindən biri olan bu yaşayış məntəqəsinin adı "Ağ şəhər" mənasını verir.

Belqradın yerləşdiyi ərazi İbtidai icma quruluşu dövründə ən böyük mədəniyyətlərdən biri olan Vinça mədəniyyətinin yarandığı yerdir. Antik dövrdə Trak-Dak qəbiləsi tərəfindən məskunlaşmış ərazi olsa da, e.ə. 279-cu ildə bölgəyə köç edən keltlər buranın adını Singidūn olaraq dəyişdirdi.[5] Roma imperatoru Oktavian Avqustun dövründə işğal edilən bu yaşayış məntəqəsinə artıq II əsrin ortalarında şəhər haqları verilmişdir. 520-ci ildən etibarən buraya slavyan axınları başlamışdır. Strateji mövqeyinə görə antik dövrdə fərqli ordular arasında baş vermiş 115 döyüşə səhnə olmuş və tarix boyunca 44 dəfə yerlə yeksan edilmişdir.[6] Orta əsrlər dövründə müxtəlif illərdə Bizans İmperiyası, Franklar, Birinci Bulqar dövləti, Macarıstan KrallığıSerb Despotluğu kimi dövlətlərin hakimiyyəti altında idarə olunmuşdur. Şəhər 1521-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth olunmuşdur.[7] Avstriya-Osmanlı müharibələri ərzində əksər hissəsi zərər görmüş və sonradan Habsburqlar sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. 1841-ci ildə Serb inqilabı nəticəsində şəhər Serbiyanın paytaxtı elan edilsə də, şimal hissəsi hələ də Habsburqlar sülaləsinin nəzarəti altında qalmışdı. 1918-ci ildə Avstriya-Macarıstan İmperiyası süqut edənə qədər şəhər iki yerə bölünmüş halda varlığını davam etdirdi. Birləşmiş şəhər 1918-ci ildə yeni yaradılmış Yuqoslaviya dövlətinin paytaxtı elan olundu və 2006-cı ildə ölkə tamamilə dağılana qədər paytaxt olaraq qaldı.

Hazırda xüsusi inzibati statusa sahib olan Belqrad şəhəri Serbiyanın beş statistik regionundan biri hesab olunur.[8] Şəhərin metropolis ərazisi 17 bələdiyyəyə ayrılır ki, onların da hər biri özünə məxsus yerli konseyə sahibdir.[9] Belqrad şəhəri bütün Serbiya ərazisinin 3.6%-ni əhatə etdiyi halda, ölkə əhalisinin təqribən 24%-i burada yaşayır.[10]

  1. "Ancient Period". City of Belgrade. 5 oktyabr 2000. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  2. "Geographical position". City of Belgrade. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  3. Artin Hindoglu. Dictionnaire abrégé français-turc. Vienne. 1831. səh. 557. "Arxivlənmiş surət". Archived from the original on 2022-04-07. İstifadə tarixi: 2021-10-06.
  4. "Why invest in Belgrade?". City of Belgrade. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  5. "Discover Belgrade". City of Belgrade. 18 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  6. Nurden, Robert. "Belgrade has risen from the ashes to become the Balkans' party city". London: Independent. 22 mart 2009. 26 mart 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  7. "The History of Belgrade". BelgradeNet Travel Guide. 2015-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  8. "Assembly of the City of Belgrade". City of Belgrade. 2015-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  9. "Urban Municipalities". Official website. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.
  10. "Процена броја становника у београду 2016". Belgrade Statistical Bureau. 2018-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy