Blastula

Blastula
MeSH D036703
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Blastulya — Blastulyasiya, blastulanın əmələ gəldiyi heyvanların erkən embrional inkişaf mərhələsidir. Blastula (yunanca βλαστός (blastos, cücərmə mənasını verir) maye ilə doldurulmuş daxili boşluğu (blastosol) əhatə edən içi boş hüceyrələr (blastomerlər) kürəsidir. Embrion inkişafı, spermanın döllənməsi ilə başlayır[1]. Yumurta bir ziqota çevrilir, bir çox parçalanma keçirərək morula adlanan hüceyrə qarışığı halına gəlir. Yalnız blastosel meydana gəldiyi zaman erkən embrion blastula halına gəlir[2] . Onurğalıların blastulasının ümumi bir xüsusiyyəti, blastoselin ətrafını əhatə edən blastoderma kimi tanınan blastomerlərdən ibarət olmasıdır. Məməlilərdə blastula blastokist adlanır[3] .

Blastulyasiya zamanı, erkən embrionda hüceyrə spesifikasiyasını, ox əmələ gəlməsini quran və gen ifadəsini tənzimləyən əhəmiyyətli bir fəaliyyət meydana gəlir. Bir çox heyvanda orta blastula keçidi ana m-RNA -nın pozulduğu və inkişaf nəzarətinin embriona köçürüldüyü kritik bir inkişaf mərhələsidir. Blastomerlər arasındakı bir çox qarşılıqlı təsirlər, xüsusən məməlilərdə E-kadherinin və amfibiyalarda EP-kaderinin ifraz edilməsindən asılıdır[4].

Blastula və hüceyrə spesifikasiyasının öyrənilməsi kök hüceyrə tədqiqatları və köməkçi reproduktiv texnologiyalar üçün böyük əhəmiyyət kəsb edir. Blastulanın inkişaf mərhələsində hüceyrə siqnallarını manipulyasiya etməklə müxtəlif toxumalar əmələ gələ bilər. Bu potensial xəstəliklər və yaralanmalar üçün regenerativ tibbdə faydalı ola bilər. Blastula hüceyrələrinin implantasiyası sonsuzluğun aradan qaldırılmasına kömək edə bilər[5].

  1. "Blastulation". www.web-books.com. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  2. Blastula // Encyclopædia Britannica. 2013. 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  3. Gilbert, Scott. Developmental Biology 9th Ed + Devbio Labortatory Vade Mecum3. Sinauer Associates Inc. 2010. 243–247, 161. ISBN 978-0-87893-558-1.[daimi ölü keçid]
  4. Lombardi, Julian. Embryogenesis // Comparative vertebrate reproduction. Springer. 1998. səh. 226. ISBN 978-0-7923-8336-9. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  5. Lombardi, Julian. Embryogenesis // Comparative vertebrate reproduction. Springer. 1998. səh. 226. ISBN 978-0-7923-8336-9. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy