CBC

CBC
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Yer bayrağı (müxtəlif bölgələrdə)
Dil Azərbaycan dili
Rus dili
İngilis dili
Gürcü dili
Baş qərargah Bakı, Azərbaycan
Yaranma tarixi 5 oktyabr 2009 (test yayımı)
29 dekabr 2009 (əsas yayım)
Sahibi SOCAR
Keçmiş adları ATV International
Şüar Bringing Azerbaijan to the World, Bringing World to Azerbaijan
Qardaş kanallar CBC SportHD
Xəzər TVHD
Xəzər FM
Araz FM
Sayt cbctv.az

CBC (Caspian Broadcasting Company) — 2009-cu ildə ATV International adı ilə yayıma başlayan çoxdilli kanal. 10 aprel 2013-cü il tarixində kanal SOCAR tərəfindən alınıb və CBC adı ilə fəaliyyətinə davam edib.[1] Ad dəyişdirdiyi ilk bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı.

  1. Fərhadoğlu, Tapdıq. "SOCAR "ATV İnternational"ı alıb". Voice of America (az.). Amerikanın Səsi. 10 aprel 2013. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy