Con Kennedi

Con Fitscerald Kennedi
ing. John Fitzgerald Kennedy
Con Kennedi Ağ Evdə
Con Kennedi Ağ Evdə
20 yanvar 1961 – 22 noyabr 1963
Vitse-prezidentLindon Conson
ƏvvəlkiDvayt Eyzenhaver
SonrakıLindon Conson
Şəxsi məlumatlar
Doğum adı John Fitzgerald Kennedy[4]
Doğum tarixi
Doğum yeri Bruklayn, Massaçusets, ABŞ
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Dallas, Texas, ABŞ
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri Arlinqton milli qəbiristanlığı, Virciniya, ABŞ
Partiya Demokratik
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist, dövlət xadimi, yazıçı, donanma zabiti[d]
Atası Cozef Patrik Kennedi
Anası Roza Elizabet Ficerald
Həyat yoldaşı Jaklin Kennedi (1958-dən)
Uşaqları oğlu: Con, qızı: Karolina
Ailəsi Kennedi ailəsi[5][1]
Dini Katolik
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü ABŞ hərbi donanması
Rəhbərlik edib PT-109 torpeda kateri
Döyüşlər İkinci dünya müharibəsi
Rütbəsi Leytenant

İmzanın şəkli
whitehouse.gov/about-the…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[6][7][…]22 noyabr 1963[6][8][…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur.

Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranıBerlin divarının tikilməsi) baş vermişdir.

Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukkiİndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.

1976-cı ildə Gellap İnstitutunun tədqiqatlarına əsasən amerikalıların əksəriyyəti Kennedini ABŞ prezidentləri arasında ən görkəmlisi hesab etmişdir.

1960-cı ildə Kennedinin nitqlərindən ibarət "Sülhün strategiyası" adlı toplu dərc edilmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

  1. 1 2 3 4 5 6 7 8 9 NNDB (ing.). 2002.
  2. 1 2 WorldCat (çd.). 1971.
  3. 1 2 3 4 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  4. Deutsche Nationalbibliothek Record #118561383 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Union List of Artist Names (ing.). 2019.
  6. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  7. Lundy D. R. John FitzGerald Kennedy // The Peerage (ing.).
  8. Кеннеди Джон Фицджералд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy