Elektra kompleksi

Elektra Aqamemnonun qəbrinin üstündə, Frederix Leyton, 1869-cu il

Elektra kompleksi — psixoanalizə məxsus anlayışdır.Edip kompleksinin analoqu olmaqla, qızların öz valideynlərinə münasibətində yaranan kompleksdir.

Psixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meyilliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın falistik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun "Psixoanaliz nəzəriyyənin şərh edilməsi təcrübəsi" əsərində təklif edilmişdir. Freyd "Elektra kompleksi" terminini "Edip kompleksi" ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd "Elektra kompleksi" faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy