Elizabet Vudvil

Elizabet Vudvil
ing. Elizabeth Woodville
4 mart 1461 – 3 oktyabr 1470
ƏvvəlkiAnjulu Marqarit
SonrakıAnjulu Marqarit
11 aprel 1471 – 9 aprel 1483
ƏvvəlkiAnjulu Marqarit
SonrakıAnna Nevil
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1437[1]
Vəfat tarixi 8 iyun 1492 və ya 1492[2]
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Fəaliyyəti consort[d], əsilzadə
Həyat yoldaşları
Uşaqları
Ailəsi York sülaləsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elizabet Woodville (d. 28 aprel 1437 – ö. 8 iyun 1492) — İngiltərə kralı IV Eduardın xanımı, İngiltərə kraliçası.

Dünyaya gəldiyi əsnada Elizabetin ailəsi İngiltərə sosial iyerarxiyasında orta təbəqədə idi. Anası Lüksemburqlu Jakettanın ilk evliliyi İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutmuşdu. Ancaq 2 il davam edən bu evlilikdən övladı olmamış, daha sonra Elizabetin və digər 13 uşağının atası olan Riçard Vudvillə evlənmişdi. Elizabetin də ilk evliliyi Lankaster ailəsinin dəstəkçilərindən olan Con Qrey ilə baş tutdu. Ancaq 9 il davam edən bu evlilik Con Qreyin İkinci Alban döyüşündə həlak olması ilə sonlandı və Elizabet Vudvil 2 oğlu ilə birlikdə dul qaldı.

Onun IV Eduardla olan ikinci evliliyinə səbəb isə Elizabetin möhtəşəm gözəlliyi və ailəsinin böyük mülk sahibi olmaması idi. IV Eduard Normanların işğalından bu yana öz təbəəsindən biriylə evlənən ilk kral oldu.[4][5] Bu evlilik Elizabetin ailəsini bir anda zənginləşdirdi. Buna baxmayaraq onların saraydakı bu yüksəlişi kralın ən yaxın adamı olan Vorvik lordunun düşmənliyinə və onun getdikcə bölünən kral ailəsinin fərqli üzvləriylə çirkin ittifaqlar qurmasına səbəb olmuşdu. Bu düşmənlik IV EduardVorvik lordu arasında açıq mübarizəyə çevrildi və Elizabetin atası Riçard Vudvilin 1469-cu ildə edam edilməsi, eləcə də Vorvik lordunun tərəf dəyişərək Lankasterləri dəstəkləməsi ilə nəticələndi.

1483-cü ildə əri IV Eduardın ölümünün ardından, Elizabet öz siyasi gücünü qorumağa davam etdi. Hətta oğlu V Eduardın bir neçə ay davam edən səltənəti və əmisi III Riçard tərəfindən devrilməsinin ardından belə saraydakı yerini qorumağı bacardı. Taxtdan devrilən Eduard və kiçik qardaşı Riçard isə əvvəlcə London qalasına həbs edildilər və qısa müddət sonra müəmmalı şəkildə yoxa çıxdılar. Bir çox mənbədə onların əmisi tərəfindən gizlicə öldürülərək qalanın zirzəmisinə dəfn olunduğu iddia edilir. Bu səbəblə III Riçarda düşmən olan Elizabet 1485-ci ildə VII Henrinin taxta çıxarılmasında mühüm rol oynadı. İttifaqın şərti kimi yeni kral onun qızlarından Yorklu Elizabetlə evləndi və nəticədə Al qızılgül-ağ qızılgül müharibələri başa çataraq Tüdor sülaləsi iqtidarı ələ aldı. Beləcə saraydakı nüfuzunu davam etdirən Elizabet Vudvil sarayda yalnız kralın anası Marqarita Byuforta əyilməyə məcbur oldu. Bundan sonrakı həyatı və saraydan nə vaxt ayrılması barədə isə heç bir məlumat yoxdur.[6][7]

  1. English Wikipedia community Wikipedia (ing.). 2001.
  2. A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 463. ISBN 978-1-85743-228-2
  3. 1 2 3 4 5 6 Kindred Britain.
  4. A Complete History of England with the Lives of all the Kings and Queens thereof; London, 1706. p486
  5. Kennett, White; Hughes, John; Strype, John; Adams, John; John Adams Library (Boston Public Library) BRL (16 June 2019). "A complete history of England: with the lives of all the kings and queens thereof; from the earliest account of time, to the death of His late Majesty King William III. Containing a faithful relation of all affairs of state, ecclesiastical and civil". London: Printed for Brab. Aylmer ... – via Internet Archive.
  6. Jewell, Helen M. (1996). Women in Medieval England Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. ISBN 9780719040177.
  7. Baldwin, David, Elizabeth Woodville: Mother of the Princes in the Tower

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy