Endi Robin

Endi Robin
ing. Andy Rubin
Doğum tarixi 13 mart 1963(1963-03-13) (61 yaş)
Doğum yeri
Təhsili
  • Utika Universiteti[d]
Fəaliyyəti informatik, iş adamı, ixtiraçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endi Robin (ing. Andy Robin; 13 mart 1963, Çappakva[d], Nyu-York ştatı) — Amerikalı kompüter proqramçısı, sahibkar və vençur kapitalisti. Rubin 2003-cü ildə, daha sonra 2005-ci ildə Google tərəfindən satın alınmış Android-i təsis edib. Rubin doqquz il Google-un vitse-prezidenti vəzifəsində çalışıb və işlədiyi müddətdə Google-un mobil telefonlar və digər cihazlar üçün Android əməliyyat sisteminin yaradılması və təşviqi üzrə səylərinə rəhbərlik edib. 2014-cü ildə cinsi pozğunluq iddialarından sonra Google-dan ayrılıb ancaq bu, ilk başlarda işdən çıxarılma deyil, könüllü istefa kimi təqdim edilib. Rubin daha sonra 2015-ci ildən 2019-cu ilədək Playground Global vençur kapitalı firmasının həmtəsisçisi və baş direktoru vəzifəsində çalışıb.[1] Rubin həmçinin 2015-ci ildə Essential Products-ın, 2020-ci ildə alıcı tapmadan bağlanan mobil telefon startapına kömək edib.

1989-cu ildə robotlara olan sevgisinə görə Apple-dakı həmkarları tərəfindən Rubinə "Android" ləqəbi verilib və bu ləqəb sonda Android əməliyyat sisteminin rəsmi adı olub.[2] Android-dən əvvəl Rubin 1999-cu ildə Danger Inc.-in yaradılmasına da kömək edib. Rubin 2003-cü ildə Android-də işləmək üçün Danger-dan ayrılıb.

2018-ci ildə The New York Times, Rubinin 2014-cü ildə Google-dan getməsinin təfərrüatlarını açıqlayan məqalə dərc edib. Məqalədə qadın işçilərə cinsi təcavüz etdiyinə dair etibarlı iddialara görə könüllü deyil, məcbur edildiyini və Google-un Rubinə prosesi sürətləndirmək üçün 90 milyon dollarlıq işdən çıxma paketi ödədiyi açıqlanıb. Google-un bu miqdarda paket ödəməsi böyük mübahisələrə səbəb olub.[3]

  1. Barr, Alistair; Wakabayashi, Daisuke. "Android Creator Andy Rubin Launching Playground Global". The Wall Street Journal. April 6, 2015. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2017. (abunə tələb olunur)
  2. Jeffries, Adrianne. "Disconnect: why Andy Rubin and Android called it quits". The Verge. March 19, 2013. 2013-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2017.
  3. Wakabayashi, Daisuke; Griffith, Erin; Tsang, Amie; Conger, Kate. "Google Walkout: Employees Stage Protest Over Handling of Sexual Harassment". The New York Times (ingilis). 2018-11-01. ISSN 0362-4331. 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in