Frankfurt Universiteti

Frankfurt Universiteti
Goethe-Universität
Loqonun şəkli
Xəritə
50°07′40″ şm. e. 8°40′09″ ş. u.HGYO
Əsası qoyulub 16 oktyabr 1914[1]
Tələbə sayı 43.461[2]
Ölkə
Sayt goethe-university-frankfurt.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohann Volfqanq Göte adına Frankfurt Universiteti (alm. Goethe-Universität Frankfurt am Main‎) — Frankfurt-Mayn şəhərində bir universitet. Müasir formada onun 1914-cü ildə Frankfurt Universiteti (alm. Universität Frankfurt am Main‎) adı altında, zəngin, liberal düşüncəli vətəndaşlar qrupu tərəfindən əsası qoyulmuşdur. 1932-ci ildə Frankfurtun ən məşhur yerli sakinlərindən biri, şair, filosof və yazıçı Yohann Volfqanq Götenin adı buraya əlavə edilmişdir.

Universitetdə 48000 tələbə təhsil alır ki, bu da Frankfurt Universitetini Almaniyanın üçüncü ən böyük universiteti edir.

2019 Şanxay reytinqi universiteti dünyanın ən yaxşı 100-150 universiteti, Almaniyada isə ilk 5-7-lik sırasına daxil edib.[3]

Darmştadt Texniki Universiteti, Alman Süni İntellekt Tədqiqat Mərkəzi və bir çox proqram şirkətləri ilə birlikdə, bəzən Almaniyanın Silikon Vadisi adlanan Reyn-Neckar bölgəsinin İT klasterinin bir hissəsidir.

  1. Deutsche Nationalbibliothek Record #35074-6 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  3. "Geschichte der Stadt- und Universitätsbibliothek". www.ub.uni-frankfurt.de. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in