Genetika

Genetika
DNA sarmalı
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Genetika — orqanizmlərin genlərini, irsiyyət və gen dəyişkənliyini öyrənən biologiyanın bir sahəsidir. Genetika biologiya fənləri kompleksində mərkəzi yerlərdən birini tutur. Müasir genetika irsiyyət və dəyişkənlik hadisələrini biokimya, biofizika, sitologiya, embriologiya, mikrobiologiya, zoologiya, botanika, seleksiya, bitkiçilik və heyvandarlıq kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir. Genetik tədqiqatlar, biologiyanın nəzəri sahəsini və habelə zootexnikanı, baytarlığı, kənd təsərrüfatı heyvanlarının seleksiyasını, bitkilərin seleksiya və toxumçuluğunu, tibbi xeyli zənginləşdirmişdir.

Molekulyar səviyyədə genetik tədqiqatların əsas obyekti nuklein turşuları, DNT və RNT molekullarıdır. Bunlar irsi informasiyanın saxlanılmasını, ötürülməsini və realizə olunmasını təmin edir.

Virusları, bakteriyaları, göbələkləri, bitki və heyvan hüceyrələrini orqanizmdən kənar (in vitro) becərmək və onların nuklein turşularını öyrənmək, orqanizmlərin həyat fəaliyyəti prosesində genlərin təsirinin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.[1]

Morqanın Drosophila-da ağ gözlərə səbəb olan mutasiyaların cinsi ilə əlaqəli irsiyyətini müşahidə etməsi onu genlərin xromosomlarda yerləşdiyi fərziyyəsinə gətirib çıxardı.
  1. "DNA Informative Guide". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2020.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in