I Abbas

Böyük Abbas
Abbas Xudabəndə oğlu Səfəvi (Zell'ollah)
sentyabr 1587 – 19 yanvar 1629
ƏvvəlkiMəhəmməd Xudabəndə
SonrakıI Şah Səfi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Herat, Səfəvi imperiyası
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Fərahabad, Mazandaran
Dəfn yeri I Şah Abbas türbəsi, Kaşan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti siyasətçi, monarx, qubernator
Atası Məhəmməd Xudabəndə
Anası Məhdi Ülya
Həyat yoldaşları Oğlanpaşa Xanım
Yaxan Bəyim
Fəxr Cahan Bəyim
Kaxetili Şahzadə Marta
Tamar Amilaxvari
Uşaqları Oğlanları: Məhəmməbağır Feyzi Mirzə, Sultan Həsən Mirzə, Sultan Hüseyn Mirzə, Məhəmməd Xüdabəndə (Rövnəq Mirzə), İsmayıl Mirzə, İmamqulu Əmənulla Mirzə
Qızları: Pərixan bəyim, Zibeydə bəyim, Xanağa bəyim, Həvva bəyim, Şahbanu bəyim, Mələknisa bəyim
Ailəsi Səfəvilər
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "tacqoyma" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "sülalə" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat19 yanvar 1629[1][2], Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur.[3]

Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə MirzəOsmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı.

Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi. Ondan əvvəlki sələfləri tərəfindən yaradılmış, lakin onun dövründə inkişaf etdirilmiş bu sistem sayəsində I Abbas ona tabe olmaq istəməyən Qızılbaş tayfa başçılarının güclərini azaldacağını planlamışdı. Bu və orduda həyata keçirilmiş digər islahatlar nəticəsində mərkəzi aparatı gücləndirərək o, Osmanlı və özbəkləri məğlub etməyi, Kaxeti kimi itirilmiş bölgələri yenidən fəth etməyi bacardı. Osmanlı imperiyası ilə olmuş 1603-1618-ci il müharibəsində qələbə qazanmaqla o, 1590-cı ildə itirilmiş Cənubi QafqazDağıstanı geri qaytarmağı, həmçinin Şərqi AnadoludaMesopotamiyada müəyyən bölgələri ələ keçirməyi bacardı. əmçinin moğollarıportuqaliyalıları məğlub edərək İran körfəzindəki mühüm bölgəni və Qəndəharı geri qaytardı. I Abbas Şimali Qafqazdakı keçmiş Səfəvi sərhədlərini daha da şimala doğru yaydı və formalaşan yeni sərhədlər ənənəvi Dağıstan hüdudlarını aşdı.

I Abbas imperiyanın paytaxtını Qəzvindən İsfahan şəhərinə köçürdü və oranı Səfəvi memarlığının incisinə çevirdi. Ömrünün son illərində saraydakı bir neçə mühüm çərkəzin həyata keçirdiyi intriqalar nəticəsində öz oğlanlarından şübhələnməyə başlayaraq onları ya öldürdü, ya da kor etdi.

  1. Abbas (Abbas I.) // Brockhauz Ensiklopediyası (alm.).
  2. Veliki Abas I. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. Thorne, 1984. səh. 1

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy