Kral Artur

Arturun Doqquz Dəyərlidən biri kimi təsvir dildiyi qobelen. Paltarındakı və sancağındakı göy zəmində üç tac çox vaxt onun gerbi hesab edilir.[1] Təqribən 1385-ci il

Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir[2]. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae", "Historia Brittonum" və britaniyalı keşiş Qildanın yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin" kimi erkən dövr bədii mənbələrdə çəkilir[3], [4].

  1. Neubecker 1998–2002
  2. Higham 2002, pp. 11–37
  3. Charles-Edwards 1991, p. 15
  4. Sims-Williams 1991

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy