Kvark

Kvarkelementar (fundamental) hissəcik. Materiya daşıyıcısı.

Proton: iki yuxarı kvark, bir aşağı kvark və onları birləşdirən qluonlar

Kvarklar fermionlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir.

Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonlarınbaryonların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qluonlar vasitəsilə bağlı olurlar. [1]

  1. J. Gribbin. Q is for Quantum: An Encyclopedia of Particle Physics. The Free Press. 1999. ISBN 0-684-85578-X.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in