Live. Love. ASAP

Live. Love. ASAP
A$AP Rocky tərəfindən ifa olunmuş miksteyp
Növü miksteyp
Yayımlanma tarixi 31 oktyabr 2011
Studiya Ishlab Music (New York City)
Janr Şərq Sahili hip-hop musiqisi[1]
Müddət 53:41
Leybl
  • Polo Grounds
  • RCA
Prodüser
  • ASAP Ty Beats
  • Beautiful Lou
  • Clams Casino
  • DJ Burn One
  • Lyle LeDuff
  • The Olympicks
  • Soufien3000
  • SpaceGhostPurrp
ASAP Rocky albomlarının xronologiyası
"Live. Love. ASAP"
(2011)
"Long. Live. ASAP"
(2013)

Live. Love. ASAP (stilizə olunur: LIVE.LOVE.A$AP) — ABŞ repçisi ASAP Rocky-nin debüt miksteypi. 31 oktyabr 2011-ci ildə pulsuz rəqəmsal yükləmə formatında buraxılıb. Miksteypdəki mahnıların bitləri Clams Casino, ASAP Ty Beats, DJ Burn One və SpaceGhostPurrp daxil olmaqla xeyli sayda prodüserlərin iştirakı ilə hazırlanıb. Bəzi treklərdə repçilər Schoolboy Q və Fat Tony, həmçinin ASAP Rocky-nin hip-hop qrupu olan ASAP Mob-un üzvlərindən ifalar var.

Rocky miksteypi buraxmazdan əvvəl tanıtım məqsədi ilə əvvəlcədən iki sinql təqdim edib: "Peso" və "Purple Swag". Bu sinqlların uğuru səsyazma leybllarının diqqətini çəkir və nəticədə Rocky ilk müqaviləsini bağlayır.

  1. http://rapradar.com/2011/10/31/new-mixtape-aap-rocky-liveloveaap/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy