Mohandas Karamçand Qandi | |
---|---|
hind. मोहनदास करमचंद गाँधी qüc. મોહનદાસ કરમચંદ ગાંધી | |
Doğum tarixi | 2 oktyabr 1869[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 yanvar 1948[1][2][…] (78 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d][7] |
Dəfn yeri |
|
Həyat yoldaşı | Kasturba Qandi |
Uşaqları |
Harilal Qandi Manilal Qandi Ramdas Qandi Devdas Qandi |
Milliyyəti | Qucaratlı |
Dini | Caynizmdən təsirlənərək Hinduizm |
Təhsili |
Alfred Ali məktəbi, Rackot Samaldas Kolleci Bhavnaqar London Universitet Kolleci |
Fəaliyyəti |
Hindistanın Azadlıq Hərəkatının lideri Satyaqraxa[q 1] Ahimsa[q 2] Pasifizm |
Fəaliyyət illəri | 1893-cü ildən |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Məktəblər |
Sankhya · Yoqa · Nyaya · Vayşeşika · Mimansa · Vedanta (Advayta · Vişişta-advayta · Dvayta · Açintya-bheda-abheda) |
Filosof və mütəfəkkirlər |
Qədim dövr Valmiki · Kapila · Patancali · Ramana Maharşi · Aurobindo · Şivananda · Kumarasvami · Prabhupada · Anandamurti |
Hind fəlsəfəsi portalı |
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[1][2][…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı[4][5] – 30 yanvar 1948[1][2][…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d][6]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri.
Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma"[8] (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu"[9] (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir.[10] Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya şiddətə yox günü" olaraq elan etmişdir.[11][12]
Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi.
Qandi hər vəziyyətdə pasifizm və realizmi müdafiə edərək bu düşüncələrini həyata keçirdi. Özünə yetərli olacaq bir aşram[q 3] quraraq sadə bir həyat keçirdi. Yunəyirənlə toxunan ənənəvi dhoti və örtük kimi paltarlarını özü hazırlamışdı. Əvvəlcə vegetarian olsa da, sonradan ancaq meyvə ilə qidalanmağa başladı. Həm mənəvi təmizlik, həm də etiraz etmək məqsədilə bəzən bir aydan da çox davam edən oruclar tutdu.
Mohandas Karamçand Qandi tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Sitat səhvi: " q " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="q"/>
teq tapılmadı