Mahatma Qandi

Mohandas Karamçand Qandi
hind. मोहनदास करमचंद गाँधी
qüc. મોહનદાસ કરમચંદ ગાંધી
Doğum tarixi 2 oktyabr 1869(1869-10-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 yanvar 1948(1948-01-30)[1][2][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d][7]
Dəfn yeri
Həyat yoldaşı Kasturba Qandi
Uşaqları Harilal Qandi
Manilal Qandi
Ramdas Qandi
Devdas Qandi
Milliyyəti Qucaratlı
Dini Caynizmdən təsirlənərək Hinduizm
Təhsili Alfred Ali məktəbi, Rackot
Samaldas Kolleci
Bhavnaqar
London Universitet Kolleci
Fəaliyyəti Hindistanın Azadlıq Hərəkatının lideri
Satyaqraxa[q 1]
Ahimsa[q 2]
Pasifizm
Fəaliyyət illəri 1893-cü ildən
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hind fəlsəfəsi
bölməsinə aid məqalə
Aum
 
Məktəblər
Sankhya · Yoqa · Nyaya ·
Vayşeşika · Mimansa · Vedanta
(Advayta · Vişişta-advayta ·
Dvayta · Açintya-bheda-abheda)
Filosof və mütəfəkkirlər
Qədim dövr

Valmiki · Kapila · Patancali ·
Qautama · Kanada · Caymini ·
Vyasa · Markandeya · Yacnavalkya
Orta əsrlər
Şankara · Ramanudca · Madhva ·
Nimbarka · Vişnusvami · Vallabha ·
Anandavardhana · Abhinavaqupta ·
Namdev · Tukaram · Tulsidas ·
Kabir · Vasuqupta · Çaytanya
Madhusudana
Müasir dövr

Qandi · Radhakrişnan · Vivekananda ·
Ramana Maharşi · Aurobindo · Şivananda ·
Kumarasvami · Prabhupada · Anandamurti

Hind fəlsəfəsi portalı

Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[1][2][…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı[4][5]30 yanvar 1948[1][2][…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d][6]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri.

Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma"[8] (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu"[9] (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir.[10] Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya şiddətə yox günü" olaraq elan etmişdir.[11][12]

Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrı-seçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi. Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi 400 kilometrlik "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik etmişdir. 1942-ci ildə açıq şəkildə Böyük Britaniyanın ölkəni tərk etməsini istədi. Həm Cənubi Afrika, həm də Hindistanda bir neçə dəfə həbs edildi.

Qandi hər vəziyyətdə pasifizmrealizmi müdafiə edərək bu düşüncələrini həyata keçirdi. Özünə yetərli olacaq bir aşram[q 3] quraraq sadə bir həyat keçirdi. Yunəyirənlə toxunan ənənəvi dhoti və örtük kimi paltarlarını özü hazırlamışdı. Əvvəlcə vegetarian olsa da, sonradan ancaq meyvə ilə qidalanmağa başladı. Həm mənəvi təmizlik, həm də etiraz etmək məqsədilə bəzən bir aydan da çox davam edən oruclar tutdu.

Mohandas Karamçand Qandi tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Mahatma Gandhi // Babelio (fr.). 2007.
  3. 1 2 Mahatma Gandhi Biography.
  4. 1 2 https://books.google.com/books?id=FauJL7LKXmkC. S. 1–3.
  5. 1 2 Mahatma Gandhi Biography. // bioqrafiya
  6. 1 2 JSTOR (ing.). 1995.
  7. https://books.google.com/books?id=x-dsbNz7syQC&pg=PT12. S. 12.
  8. McGregor, Ronald Stuart (1993). The Oxford Hindi-English Dictionary Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine. Oxford University Press. p. 799. ISBN 978-0-19-864339–5. Retrieved 31 August 2013. Quote: (mahā- (S. "great, mighty, large, …, eminent") + ātmā (S. "1.soul, spirit; the self, the individual; the mind, the heart; 2. the ultimate being."): "high-souled, of noble nature; a noble or venerable man."
  9. McAllister, Pam (1982). Reweaving the Web of Life: Feminism and Nonviolence Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. New Society Publishers. p. 194. ISBN 978-0-86571-017–7. Retrieved 31 August 2013. Quote: "With love, Yours, Bapu (You closed with the term of endearment used by your close friends, the term you used with all the movement leaders, roughly meaning 'Papa.'" Another letter written in 1940 shows similar tenderness and caring.
  10. "Gandhi not formally conferred 'Father of the Nation' title: Govt" Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine, The Indian Express
  11. Chaudhury, Nilova. "October 2 is global non-violence day" Arxivləşdirilib 2015-01-01 at the Wayback Machine. hindustantimes.com (Hindustan Times)
  12. "General Assembly adopts texts on day of non-violence,…" Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine. un.org (United Nations).


Sitat səhvi: " q " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="q"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy