Makao

Makau
中华人民共和国澳门特别行政区
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Portuqaliyanın icarəyə götürməsi 1557
 • Portuqaliyadan Çinə transfer edilməsi 20 dekabr 1999
Rəsmi dilləri
İdarəetmə forması Unitar təkpartiyalı dövlət daxilində səlahiyyətli icra hakimiyyəti
Baş İcraçı Ho lat-seng
İdarə və Ədliyyə Katibi Andre Cheong Weng-chon
Sahəsi
 • Ümumi 115.3 km2
km²
 • Su sahəsi (%) 73.7
Əhalisi
 • Əhali 682,300 nəfər
 • Sıxlıq 21,340 nəf./km² (1-ci)
ÜDM (AQP)
 • Ümumi $63.47 milyard dollar  (115-ci)
 • Adambaşına $89,558 dollar  (9-cu)
ÜDM (nominal)
 • Ümumi (2023) $35.84 milyard dollar  (100-cü)
 • Adambaşına $50,571 dollar  (23-cü)
İİİ (2019) 0.922 (artım; 17-ci)
Valyuta Makao patakası, Honkonq dolları
İnternet domeni .mo
ISO kodu MO
BOK kodu MAC
Telefon kodu +853
Nəqliyyatın yönü sol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Makao

Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy