Malayziya | |||||
---|---|---|---|---|---|
Malayziya 马来西亚 மலேசியா | |||||
| |||||
Bersekutu Bertambah Mutu[1] "Birlik gücdür" |
|||||
Himn:
"Negaraku" Mənim ölkəm |
|||||
Tarixi | |||||
• Böyük Britaniyadan müstəqillik | 31 avqust 1957 | ||||
• Federasiyanın qurulması | 16 sentyabr 1963 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kuala Lumpur[2] | ||||
İdarəetmə forması | Federativ seçkili konstitusiyalı monarxiya | ||||
Yanq di-Pertuan Aqonq (Ali başçı) | Ibrahim Iskandar | ||||
Baş nazir | Ənvər İbrahim | ||||
Sahəsi | Dünyada 66-cı | ||||
• Ümumi | 330803 km² | ||||
• Su sahəsi (%) | 0,3 | ||||
Əhalisi | |||||
• Əhali | 28 276 000 nəfər (43-cü) | ||||
• Siyahıyaalma (2000) | 24 821 286 nəf. | ||||
• Sıxlıq | 86 nəf./km² (114-cü) | ||||
• Ümumi | 372.981.073.018 $[4], 406.305.924.656 $[4] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $384 119 milyon dollar | ||||
• Adambaşına | $14 071 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $222 219 milyon dollar | ||||
• Adambaşına | $8 140 dollar | ||||
İİİ (2008) | 0.823 (artış; 63-cü) | ||||
İnternet domeni | .my | ||||
ISO kodu | MY | ||||
BOK kodu | MAS | ||||
Telefon kodu | +60 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][5] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda İndoneziya və Sinqapur ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Müstəqillik əldə etdikdən sonra, Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6,5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədir.