Mogikanlar[1] və ya mohikanlar[2] — Şimali Amerikadahindi tayfası. Müstəmləkəçiliyə qədər mogikanlar Hudzon çayı vadisində yaşamış, əkinçilik, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Müstəmləkəçilik və irogezlərin baqınları nəticəsində mogikanların əksəriyyəti məhv edilmişdir. Onların qalanları bir neçə yerdəyişmədən sonra delavarların qalığı olan munsilərlə birlikdə Viskonsin ştatının Stokbric rezervasiyasında yerləşdirilmişdilər. İngilis dilində danışırlar. Dindarları xristiandır. Sayları təqribən 3,000 nəfərdir.[1]
↑ 12Моҝиканлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 24.