Monqolustan

Monqolustan
Монгол улс
Bayraq Gerb
Bayraq Gerb
Go Nomadic, Experience Mongolia
Himn: Monqolustan himni
Mongol ulsyn töriin duulal
Tarixi
 • Müstəqillik 29 dekabr 1921
 • Monqolustan Xalq Respublikasının elanı 26 noyabr 1924
Rəsmi dilləri
Paytaxt Ulan-Bator
İdarəetmə forması Prezident respublika
Prezident Uxnaagiyn Xürelsüx [25.VI.2021]
Baş nazir Luvsannamsrain Oyun-Erdene [27.I.2021]
Sahəsi Dünyada 18-ci
 • Ümumi 1566000 km²
 • Su sahəsi (%) 0.43
Əhalisi
 • Əhali 3,081,677[1] nəfər (134-cü)
 • Siyahıyaalma (10.XI.2010) 2 754 685[2] nəf.
 • Sıxlıq 1.97 nəf./km² (238-ci)
ÜDM (AQP)
 • Ümumi 36.6 milyard dollar
 • Adambaşına 11,024 dollar
ÜDM (nominal)
 • Ümumi (2015) 12.5 milyard dollar
 • Adambaşına 4,353 dollar
İİİ (2014) 0.727 (artış; 90-cı)
İnternet domeni .mn[3]
ISO kodu MN
BOK kodu MGL
Telefon kodu +976[3]
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monqolustan (monq. Монгол Улс)Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır.

Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var.[5] Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir. Əhalinin təqribən yarısı paytaxt və ən böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır.

Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustan 1997-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

  1. "National Statistical Office of Mongolia". UBSEG.GOV.MN. 2016-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  2. Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хїмїїнд тєр эрхэм. Тєрд хїмїїн эрдэнэ Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
  3. 1 2 Central Intelligence Agency, Center N. F. A. Mongolia (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 2023. ISSN 0277-1527; 1553-8133
  4. http://chartsbin.com/view/edr.
  5. "Monqolustan Türkiyədən 20 min kişi istəyir". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-22.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy