Naftalan

Respublika tabeli şəhər
Naftalan
40°30′24″ şm. e. 46°49′30″ ş. u.
Ölkə  Azərbaycan
Tabesində Qaşaltı Qaraqoyunlu, Qasımbəyli.
Region Gəncə-Daşkəsən iqtisadi rayonu
Başçı Vüqar Novruzov [1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 28 aprel 1967
Sahəsi 40[2]
Mərkəzin hündürlüyü 251 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 10,1 min [3] nəfər (2018)
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2235
Poçt indeksi AZ 4600
Nəqliyyat kodu 46
Digər
Naftalan.gov.az
Naftalan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[4]

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[5]

  1. "Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti". 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  2. "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
  3. "Əhalisi" (az.). Naftalan Şəhər İcra Hakimiyyəti. Archived from the original on 2015-10-17. İstifadə tarixi: 2015-10-17..
  4. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  5. "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı". 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy