Oktavian Avqust

Oktavian Avqust
lat. Imperator Caesar Divi filius Augustus
Bayraq
I Roma İmperatoru
İkinci bayraq
16 yanvar e.ə. 27 – 19 avqust 14
ƏvvəlkiYuli Sezar
SonrakıTiber Sezar Avqust
Şəxsi məlumatlar
Doğum adı C. Octavius C.f.[4]
Doğum tarixi 23 sentyabr e.ə. 63[1][2]
Doğum yeri
Vəfat tarixi 19 avqust 14[1][3] (75 yaşında)
Fəaliyyəti Roma imperatoru
Atası Qay Yuli Sezar
Uşaqları
Ailəsi Yulilər-Klavdilər
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sezar Avqust (23 sentyabr e.ə. 63[1][2], Roma[5]19 avqust 14[1][3]) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi.[6] Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı.

Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark AntoniMarkus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular. Filippi döyüşündən (e.ə. 42-ci il) sonra Triumvirat üzvləri Roma İmperiyasını öz aralarında böldü və onu de facto diktatorlar olaraq idarə etdilər. Üzvlərin öz məqsədləri uğrunda daim bir-biri ilə yarışması Triumviratın parçalanmasına gətirib çıxardı; Lepid e.ə. 36-cı ildə sürgün olundu və Oktavian e.ə. 31-ci il Aksi döyüşündə Antonini məğlub etdi.

İkinci Triumviratın süqutundan sonra, Avqust hakimiyyəti Senata, icraçı magistratlaraqanunverici məclisə verərək, azad respublikanı zahirən bərpa etdi. Buna baxmayaraq, o, Senatın ona ən yüksək hərbi vəzifə, tribuna və senzor səlahiyyəti verməsinə nail olaraq, öz diktator hakimiyyətini qoruyub saxladı. Oxşar qeyri-müəyyənlik onun seçdiyi adlarda da özünü göstərirdi; belə ki, o, monarx titullarını rədd etdiyi halda, özünü Prinseps adlandırması Avqust titulundan istifadə etməsi faktı ilə üst-üstə düşürdü.

  1. 1 2 3 4 Любкер Ф. Octavianus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 936–940.
  2. 1 2 Suetonius 5 // Divus Augustus (lat.).
  3. 1 2 http://www.bbc.co.uk/history/historic_figures/augustus.shtml.
  4. Luke T. Cultivating the memory of Octavius Thurinus. 2015. C. 3, burax. 2. doi:10.1515/JAH-2015-0012
  5. 1 2 Auguste // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  6. Augustus | Biography, Accomplishments, Full Name, & Facts // Encyclopædia Britannica (ingilis). 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in