Onim (q.yun. ὄνυμα – ad) — adını çəkdiyi obyekti digər obyektlər arasında vurğulamağa, fərdiləşdirməyə və eyniləşdirməyə xidmət edən söz, ifadə və ya cümlə.[1] O, mütləq iki hissədən ibarət mürəkkəb onomatologiya terminlərinə daxil edilir.[1] Ononimləşdirmə nəticəsində onimlərə sifətlər və rəqəmlər də daxil ola bilər. Beləliklə, onim onomastikanın əsas termini və tədqiqat predmetidir.