Perikl

Perikl
q.yun. Περικλῆς
Periklin başı təsvir edilmiş herma. Üzərindəki yazı: Ksantippin oğlu Perikl, afinalı. Yunan orijinalından Roma dövrü surəti. Təxm. 430-cu il. Vatikan muzeyi.
Periklin başı təsvir edilmiş herma. Üzərindəki yazı: Ksantippin oğlu Perikl, afinalı. Yunan orijinalından Roma dövrü surəti. Təxm. 430-cu il. Vatikan muzeyi.
Şəxsi məlumatlar
Ləqəbi Ολύμπιος[3]
Doğum tarixi -495/-494
Doğum yeri Afina
Vəfat tarixi
Vəfat yeri Afina
Vəfat səbəbi Afina vəba epidemiyası
Vətəndaşlığı
Həyat yoldaşı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qədim Afina
Rütbəsi strateq
Vəzifəsi strateq
Döyüşlər İkinci müqəddəs müharibə
Samos müharibəsi
Peloponnes müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Perikl (yun. Περικλῆς, περί + κλέος"şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495[4][α] və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri,[5] məşhur natiq və sərkərdə.

Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb.[6] Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi.[6] E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.[7] Lakin, aristokratiyaya əsaslanan siyasi rəqibi Kimonun varisi Fukididdən fərqli olaraq, Perikl geniş xalq kütlələrinin maraqlarını təmsil edirdi.[8]

Fukididin qovulmasından sonra Perikl Afinada ən nüfuzlu siyasətçi olaraq şəhəri faktiki idarə etməyə başladı. Demokratiyanın ən çox zirvəyə qalxdığı dövr həm də, bir dövlət xadimin hökmranlıq etdiyi dövr oldu.[9] Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri, xüsusilə də Akropolu məşhur tikililələrlə (Parfenon, Propilei və s.) bəzədi. Periklin zamanında Afina iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı (Perikl əsri). Onun dövründə Afina ellin dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi oldu.

E.ə. 431-ci ildə Peloponnes müharibəsi başladı. Periklin düzgün seçdiyi taktika nəticəsində afinalılar spartalılara müqavimət göstərə bildilər, lakin şəhərdə başlanmış epidemiya onun bütün planlarını alt-üst etdi.[10] O, şəhərdəki nüfuzunu itirməyə başladı və e.ə. 429-cu ildə, ehtimal ki, epidemiya nəticəsində vəfat etdi. Onun ölümü ilə yunan polislərinin ən çox inkişaf etdiyi dövr olan Perikl əsri qapandı.

  1. 1 2 Аспазия (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский Сент-Питерсберг: Брокгауз — Ефрон, 1890. Т. II. С. 299–300.
  2. 1 2 Любкер Ф. Aspasia (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 169–170.
  3. Πλούταρχος Βίοι Παράλληλοι, Vitae parallelae (q.yun.).
  4. Суриков. s.282
  5. Суриков. s. 291
  6. 1 2 Суриков. s.288
  7. Суриков. s.297
  8. Суриков. s.302
  9. Суриков. s.318
  10. Суриков. s.347

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in