PlayStation 5

PlayStation 5
Loqonun şəkli
İstehsalçı Sony
Buraxılış tarixi 12 noyabr 2020[1], 19 noyabr 2020[1], 11 dekabr 2020[2]
İlkin qiymət 499 $[1], 499 €[1], 449 £[1], 184.990 Ft[3], 46.999 ₽[4], 2.299 RM[2], 15.980 NT$[5], 3.980 HK$[5]
Veb-saytı playstation.com/ps5
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PlayStation 5 (PS5) — “Sony Interactive Entertainment” şirkəti tərəfindən 2020-ci ilin noyabrında satışa çıxarılmış oyun konsolu. Həmin il iyunun 12-də keçirilən onlayn brifinq zamanı yeni nəsil oyun konsolu olaraq təqdim edilib. “PlayStation 5” onun kimi videooyun konsollarının doqquzuncu nəslindən olan Microsoft-un “Xbox Series X/S” konsolları ilə eyni ayda buraxılıb.

“PlayStation 5”in əsas versiyası Ultra HD Blu-ray disklərini oxuda bilən optik disksürən ilə gəlir. Konsolun “Digital Edition” adlı başqa bir modeli isə disk dəstəyinə malik deyil, oyunlar yalnız rəqəmsal yükləmələr vasitəsilə əldə edilə bilər. 2023-cü ilin noyabrında hər iki konsol modelinin yenilənmiş incə versiyaları bazara çıxarılıb.[6]

“PlayStation 5”i güclü oyun konsolu edən bəzi texniki xüsusiyyətləri var. Bunlardan biri oyunlarda fasiləsiz irəliləməyə şərait yaradan super sürətli SSD yaddaş qurğusudur. Konsolda yer alan AMD qrafik prosessoru isə oyunları saniyədə 120 kadr sürətində və 4K təsvir ölçüsündə göstərir. “PlayStation 5” həmçinin işıqlandırma və refleksiyaları real həyatda olduğu kimi canlı göstərməyə imkan verən xüsusi “ray tracing” texnologiyasından istifadə edir. Bundan əlavə konsol “Tempest Engine” adlanan audio emal prosessoru ilə də təchiz olunub, hansı ki, oyunlarda daha dəqiq səs keyfiyyəti təmin edir. “PS5” üstəlik titrəmələr vasitəsilə oyun təcrübəsini zənginləşdirən yeni “DualSense” adlı kontrolleri ehtiva edir. Konsol əksər “PlayStation 4” və “PlayStation VR” oyunlarını dəstəkləyir, “PlayStation VR2” qulaqlığı da oyunlar zamanı istifadə edilə bilər.

  1. 1 2 3 4 5 Skrebels J. PS5 Price, Release Date, Preorder Date Revealed (ing.): $499 / $399, pre-orders begin on September 17. // IGN San Francisco: 2020.
  2. 1 2 https://www.playstation.com/en-my/local/news/playstation5-launch-day/.
  3. https://hu.ign.com/playstation-5/61594/news/breaking-itt-a-ps5-ara-es-megjelenesi-datuma.
  4. Киракосян Г. PlayStation 5: стартовая линейка, релиз в России и цены в рублях (rus.). // Игромания 2020. ISSN 1560-2583
  5. 1 2 https://blog.zh-hant.playstation.com/2020/11/11/20201111-ps5/.
  6. "New look for PS5 console this holiday season". PlayStation.Blog (ingilis). 2023-10-10. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy