Saxalar

Saxalar
saxa Сахалар
Yaşadığı ərazilər
Rusiya Rusiya 478 085 (2010)[1]
Dili

Saxa dili

Qohum xalqlar

Türk xalqları

Saxalar (saxa сахалар) və ya Yakutlartürk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi.

Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).

  1. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy