Sigil

Hekata sigili

Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən[1]) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün[2] maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı.

Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır.

Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.

  1. "2100+ латинских пословиц и крылатых выражений с переводом на русский язык, транскрипцией (транслитерацией) и ударениями". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-20.
  2. Weschcke, Slate, (2011). səh. 153

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy