Simpatik sinir sistemi

Simpatik sinir sistemi
Simpatik sinir sistemi
Latınca Pars sympathica divisionis autonomici systematis nervosi
MeSH Sympathetic+Nervous+System

Simpatik sinir sistemi (yun. συμπαθής hissiyyat, həssas) — vegetativ sinir sisteminin bir hissəsi. Simpatik sinir sistemini vegetativ sinir sisteminin döş-bel hissəsi (onurğa beyninin yan sütunu — lat. nucleus intermediolateralis deyilən mərkəzi) və bu hissədən çıxan afferent (qanqliondan qabaqkı) liflər, parasimpatik sinir sisteminin isə orta beyin, soğanaq və oma hissələri (vegetativ mərkəzlər) və onlardan xaric olan efferent (qanqliondan qabaqkı) liflər təşkil edir. Simpatik sinir sistemi fizioloji cəhətcə adrenalinotrop xassəyə malikdir, yəni simpatik sinir sistemində olan reseptorlar seçici olaraq adrenalinəoxşar kimyəvi maddələrlə qıcıqlanır. Simpatik sinir sisteminin əsas vəzifəsi trofik (qidalandırıcı) vəzifədir; bu sistem orqanizmdə maddələr mübadiləsini (oksidləşmə prosesini, qida maddələrinin sərf olunmasını), tənəffüs prosesini, ürəkdöyünməni, əzələlərə oksigen daşınmasını sürətləndirir, hərarəti tənzim edir və s.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in