Suck It and See

Suck It and See
Arctic Monkeys tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 6 iyun 2011
Yazılma tarixi yanvar–fevral 2011
Studiya Sound City, Los-Anceles
Janr
Müddət 40:04
Dil ingilis dili
Leybl Domino
Prodüser Ceyms Ford
Arctic Monkeys albomlarının xronologiyası
"Humbug"
(2009)
"Suck It and See"
(2011)
"AM"
(2013)
Suck It and See albomundan sinqllar
  1. "Don't Sit Down 'Cause I've Moved Your Chair"
    Yayımlanıb: 12 may 2011
  2. "The Hellcat Spangled Shalalala"
    Yayımlanıb: 15 avqust 2011
  3. "Suck It and See"
    Yayımlanıb: 31 oktyabr 2011
  4. "Black Treacle"
    Yayımlanıb: 23 yanvar 2012
Videoklip
 Love is a Laserquest
Videoklip
 That's Where You're Wrong

Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb.

Musiqi baxımından "Suck It and See", qrupun əvvəlki qaranlıq, sərt riffli işi "Humbug"-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir. Bu ad ABŞ-də pis başa düşülüb və sonradan bəzi satış yerlərində senzuraya məruz qalıb. Mağazalarda albomun adının üzərini örtməli oldular.

Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıdılıb. Albom Birləşmiş Krallıqda musiqi cərgələrinin birinci pilləsinə yüksəlib. Ölkədə platin sertifikatı alıb. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər toplayıb. Bir çoxları onu əvvəlkindən daha yaxşı hesab edib. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy