Turukki

Turukki və ya Turuk — E.ə. XX–e.ə. XIX əsrlərdə Cənubi AzərbaycandaXəzərin cənub hissəsində yaşamış qədim türk[1][2][3][4] tayfalarından biri. Quti dövlətinin parçalanmasından sonra turuklar Azərbaycan ərazisində – gələcək Midiya erkən dövlətinin formalaşacağı yerdə kiçik çarlıqlarını qurmuşlar.

Miladdan öncə minillər boyu qədim Azərbaycanda yaşayan türk boyları 3–4 min il əvvəl müxtəlif qollara ayrılmış, bir qolu Türkistan tərəfə köçmüş, digər qolu isə Urmu gölü hövzəsində qalmışdır. Şərqə gedən türklər V əsrdən sonra böyük Göytürk İmperiyasını qurmuşlar. Bu türklər haqqında Çin mənbələrində, Orxon-Yenisey türk abidələrində və digər qaynaqlarda kifayət qədər məlumat vardır. Müxtəlif dillərdə yazılmış sənədlərdə tukyu (çin), türküt (monqol), tork (fars, erməni) və öz dillərində türük, türk adlanan türklərin şərq qolu elmi ədəbiyatda geniş işıqlandırılmışdır, lakin Ata yurdda qalan türklər barədə bunu söyləmək olmaz, çünki indiyə qədər bu sahədə tədqiqat aparılmamış, yalnız akkad yazılarında bir-iki yerdə adı turukki şəklində oxunan tayfaların türk olması fikri söylənmişdir.[5]

Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minildə qurulan Aratta, Quti, Lulu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birlikdə iştirak etmişlər. Quti sülaləsinin hakimiyətdə olduğu çağda (XXIII əsrdə) Akkad qoşununun quzey bölgələrdə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boydur. Dəclə çayının yuxarı axarında subarların Turxu adlı şəhəri də sonrakı asur yazılarında qeyd olunur. Mari sənədlərində adı keçən türklər isə Dəclənin sol yaxalarında, Urmu gölü yaxınlığında yaşayırdılar. Quti eli (dövləti) dağılandan sonra üzə çıxan türk adlı boylar bu ərazilərdə quti, lulu, subar, kuman adlı digər türk boyları ilə birlikdə II minil boyu Asur, HurriMitanni, Kassi, BabilElam dövlətlərinə qarşı vuruşmuşlar.

  1. F. Cəlilov – Azər xalqı, II nəşri Bakı, 2006
  2. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994
  3. Z. Bünyadov, Y. Yusifov – Azərbaycan tarixi, Bakı, 2006
  4. Saak Tarontsi, Anatolia – Cradle of Mankind: We don't just deal with the prevailing influence of Sumerian language on ancient Turkish/Turukkean language with apparent evidence of lexical borrowings on a massive scale and numerous cases of syntactic, morphological and phonological convergence, …
  5. F. Cəlilov – Azər xalqı, II nəşri Bakı, 2006, səh. 40 – 46

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy