UEFA Kuboklar Kuboku

Açılış ili 1960
Bağlanış ili 1999
Komandaların sayı 96
Son çempion İtaliya Latsio
Ən uğurlu klub İspaniya Barselona (4)
Veb səhifəsi UEFA-nın rəsmi saytı

UEFA Kuboklar Kuboku və ya UEFA Kubok qalibləri kuboku (ing. UEFA Cup Winners Cup)— UEFA üzvü olan ölkələrin milli kubok turnirlərin qaliblərinin iştirak etdiyi Avropa futbol kubok turniri. İlk dəfə 1960/61 mövsümündə, sonuncu dəfə isə 1998/99 mövsümündə keçirilmişdi. Yarış ləğv olundu, ölkə kuboklarında qalib gələn klublar isə əhəmiyyətinə görə ikinci avropa klub futbol turniri UEFA Kubokunda (2009/10 mövsümündə turnirin adı UEFA Avropa Liqasına dəyişdi) iştirak etmək hüququnu qazandılar.

1972-ci ildən turnirin qalibi UEFA Superkuboku uğrunda Avropa çempionlar kubokunun (indiki UEFA çempionlar Liqası) qalibi ilə oynamaq hüququnu qazandı. Yarışın 1999-cu ildə ləğvindən sonra Superkubokun talehi Çempionlar Liqası və UEFA Kubokunun (indiki UEFA Avropa Liqası) qalibi arasında həll olunur.

1994-cu ilə qədər yarış "Avropa kuboklarının sahibləri Kuboku" (ing. European Cup Winners Cup) adlanırdı, 1994/95 mövsümündən UEFA turnirin adını "UEFA kuboklar sahibləri Kuboku" qoydu.

Kubokun ilk qalibi 1961-ci ildə İtaliyanın "Fiorentina" klubu oldu, sonuncusu isə 1999-cu ildə Romanın "Latsio" klubu oldu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy