Video kart

Radeon HD 4770 video kartı

Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s.

  • 1982-ci ildə "Hercules" firması "Hercules Graphics Adapter" (HGA) adlı ilk iki rəngli (ağ-qara) videokartı ictimaiyyətə təqdim etmişdir.

qrafik kart (ing. graphics card, ru. графическая плата) – ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur.

Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular.[1]

Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var. Bu adətən kompüterin əsas yaddaşından çox sürətli olur. Video kartlar adətən PCI, AGP və ya PCI Ekspressdən istifadə olunaraq ana plata ilə əlaqəndirilir.

  1. "Video Kart (Ekran kartı)". 2013-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy