Vikipediya:Vikipe-tan

Vikipe-tan
Yayın tarixi2006
YaradanKasuga
Profil
Cinsiqadın

Vikipe-tan (ウィキペたん, Wikipetan?)Vikipediyanın təcəssümlərindən biri. Vikipe-tan 2006-cı ilin yanvarında ingilisdilli Vikipediyanın istifadəçisi Kasuga tərəfindən yaradılmışdır. Vikipe-tan Vikipediyanın qeyri-rəsmi talismanıdır və bir çox VikiLayihələrdə istifadə olunur. "-tan" yapon dilindən götürülmüş olub, bir sayğı şəkilçisidir. OS-tanlar kimi Vikipe-tan da moe antropomorfizminin məhsuludur.

Vikipe-tan VikiLayihə Anime və manqanın əsas talismanıdır və Vikipediyanın da əsas talismanı olmağa iddiaçıdır.

Talisman Vikipediya loqosunun keçmiş versiyasındakı pazl topunun iki parçasını geyinir. ワィ açıq-aşkar ウィ işarəsinin səhv yazılışıdır. ウィ ("wi") "Vikipediya" sözünün katakana ilə yazılışının ilk sillabik işarəsidir. Həmçinin Çin işarəsi olub yapon dilində istifadə olunmayan 袓 kancisikancisi ilə dəyişdirilib. Kasuganın ən son Vikipe-tan şəkillərində talismanın geyindiyi pazllarda 維 ("Vikipediya" sözünün Çin dilindəki yazılışının ilk işarəsi) və düzgün katakana işarəsi olan ウィ işarəsindən istifadə olunmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy