Vyana | |||||
---|---|---|---|---|---|
|
|||||
48°12′30″ şm. e. 16°22′21″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Başçı | Mixael Lüdviq (SDP) | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | I əsr | ||||
İlk məlumat | I əsr | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 151 m, 198 m[3] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +43 1 | ||||
Poçt indeksi | 1000–1239, 1400, 1402, 1251–1255[5], 1300–1301[5], 1421, 1423, 1500, 1502–1503, 1600–1601, 1810, 1901 | ||||
Nəqliyyat kodu | W | ||||
Digər | |||||
wien.gv.at | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Vyana (alm. Wien, bav. Wean, ing. Vienna) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir.
Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Bir vaxtlar keltlərin yaşadığı yer olan Veduniyanı I əsrdə romalılar kastrum və kanava Vindobonaya (Pannoniya əyaləti) çevirdi. Daha sonra 212-ci ildə Roma şəhərinin xalqlarına sahib munisipiuma yüksəltdi. Bunun ardınca bölgədəki əhalinin çoxunun slavyanların yaratdığı lombardlar, daha sonra Pannoniya avarlarının təsiri altında olan dövr gəlmişdir. Vyana 1155-ci ildə 976-cı ildən 1278-ci ilə qədər Avstriyaın lordları olan Babenberqlərin mərkəzi kimi qurulmuş və 1221-ci ildə Vyanaya şəhər hüquqları verilmişdir. XVI əsrdə Avstriyanın sonrakı lordları olan Habsburqlar 1806-cı ildə süqut edənə qədər Vyananı Müqəddəs Roma imperiyasının imperatorlarının mərkəzi kimi qurdu. 1804-cü ildə Avstriya imperiyasının yaradılması ilə Vyana bu imperiyanın və xələfi olan bütün dövlətlərin paytaxtı olmuşdur.
Vyana müasir dövr ərzində dünyanın alman dilində danışılan ən böyük şəhərləri arasında olmuşdur. XVIII-XIX əsrlərdə ən böyük şəhər olan Vyana XX əsrin əvvəlində Berlindən sonra ikinci sırada yer almazdan əvvəl iki milyon əhaliyə qalxmışdır. Vyana BMT, OPEC və ATƏT daxil olmaqla bir çox böyük beynəlxalq təşkilatlara ev sahibliyi edir. Şəhərin mərkəzi 2001-ci ildə UNESCO Ümumdünya İrs siyahısına əlavə edilmişdir. 2017-ci ilin iyulunda isə Təhlükədə olan ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Bethoven, Brahms, Brakner, Haydn, Maxler, Mozart, Şoenberq, Şxubert, I Yohanna Strauss və II Yohanna Strauss kimi bir çox məşhur klassik musiqi sənətçisinin yaşayıb yaratdığı Vyana musiqi mirasına görə "musiqi şəhəri" kimi adlandırılmışdır. Vyana klassizmi dövründən XX əsrin əvvəllərinə qədər öndə gələn Avropanın musiqi mərkəzi kimi mühüm əhəmiyyət kəsb etmişdir. Vyana dünyanın ilk psixoanalisti Siqmund Freydə ev sahibliyi etmişdir. Vyananın tarixi mərkəzi Barok saraylar və baxçalar ilə böyük binalar, abidələr və parklarla əhatəli XIX əsrin sonuna aid Rinqştrase daxil olmaqla memarlıq cəhətdən zəngindir.