Windows XP

Windows XP
Loqonun şəkli
İstehsalçı Microsoft
Bazası Windows 2000
Buraxılış tarixi 24 avqust 2001[1]
Son versiya
Dəstəklənən dillər çoxdilli[d]
Dəstəklənən platformalar İA-32, x86_64[d]
Lisenziya şərti havayı proqram
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Windows XP — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2001-cı ildə istehsala buraxılmış, 30 yanvar 2001-ci ildə satışa çıxarılmışdır. Bu, "Windows"un əvvəlki versiyaları – işgüzar istifadəçilər üçün "Windows 2000" və ev istifadəçiləri üçün "Windows Me" birbaşa təkmilləşdirmədir. Yeni "Windows XP" sistem tələblərinə cavab verən, "Windows NT" 4.0, "Windows 98", "Windows 2000" və ya "Windows Me" ilə işləyən istənilən cihazlar üçün mövcuddur.

"Windows XP"nin inkişaf prosesi 1990-cı illərin sonunda "Neptune" kod adı ilə başlamışdır. Bu, "Windows NT" nüvəsi üzərində qurulmuşdur və açıq şəkildə əsas istehlakçı istifadəsi üçün nəzərdə tutulmuşdur. "Windows 2000"in yenilənmiş versiyası da ilkin olaraq biznes bazarı üçün nəzərdə tutulmuşdu. Bununla belə, 2000-ci ilin yanvarında hər iki layihə "Whistler" kod adlı vahid əməliyyat sisteminin xeyrinə ləğv edilmişdir. Bu əməliyyat sistemi həm istehlak, həm də biznes bazarları üçün vahid platforma rolunu oynamalı idi. Nəticədə, "Windows XP" əməliyyat sistemi "Windows 95" nüvəsinə və ya MS-DOS-a əsaslanmayan "Windows"un ilk istehlakçı buraxılışıdır. "Windows XP" PC-98, i486 və "SGI Visual Workstation" 320 və 540 üçün dəstəyi aradan qaldırmışdır. Bu, yalnız 32 bitlik x86 CPUBIOS proqram təminatından istifadə edən cihazlarda işləyir.

Buraxıldıqdan sonra "Windows XP" tənqidçilər tərəfindən bəyənilmişdir. Tənqidçilər artan performans və sabitliyi (xüsusilə Windows Me ilə müqayisədə), daha intuitiv istifadəçi interfeysini, təkmilləşdirilmiş aparat dəstəyini və genişlənmiş multimedia imkanlarını qeyd etmişdilər. "Windows XP" və "Windows Server 2003"dən sonra müvafiq olaraq 2007 və 2008-ci illərdə buraxılmış "Windows Vista" və "Windows Server 2008" gəlir. Bununla belə, "Windows XP" ilə bağlı bəzi tənqidlər onun təhlükəsizlik problemləri idi və bir çox insanlar onların antipirat sxemlərinin çox irəli getdiyinə inanırdılar.

"Windows XP" üçün əsas dəstək 14 aprel 2009-cu ildə başa çatmış və genişləndirilmiş dəstək 8 aprel 2014-cü ildə sonlandırılmışdır. "Windows XP Professional"a əsaslanan "Windows Embedded POSReady 2009" 2019-cu ilin aprel ayına qədər təhlükəsizlik yeniləmələrini əldə etmişdir. Bundan sonra qeyri-rəsmi "Windows XP"nin digər buraxılışlarına yeniləmələri tətbiq etmək üçün üsullar əlçatan edilmişdir. "Microsoft" bu təcrübədən çəkinməyi tövsiyə görmüş və uyğunluq problemlərini əsas gətirmişdir. Bununla belə, istifadə müddəti bitdikdən sonra, 2022-ci ilin sentyabr ayına olan məlumata görə, bəzi ölkələrdə kompüterlərin əksəriyyəti hələ də "Windows XP" ilə işlədiyi müəyyən edilmişdir.[4] Qlobal miqyasda  "Windows" fərdi kompüter istifadəçilərinin yalnız 0,39%-i və bütün platformalardakı bütün cihazların 0,1%-i "Windows XP" ilə işləməyə davam etmişdir.[5]

  1. An Inside Look at the Months-long Process of Getting Windows XP Ready for Release to Manufacturing (ing.). 2001.
  2. Windows XP Service Pack 3 Now Available on Windows Update (ing.). 2008.
  3. Windows XP Service Pack 3 RTM / RTW (ing.). 2008.
  4. "Desktop Windows Version Market Share in Armenia – September 2022". 30 September 2022. 4 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2022.
  5. "Desktop Windows Version Market Share Worldwide | StatCounter Global Stats". gs.statcounter.com (ingilis). Statcounter. April 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2022.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy