x86 — Intel 8086 prosessorunun arxitekturasının təlimatına əsasən yaradılan prosessor arxitekturası ailəsi.
x86 (= 80x86) – IBM PC-uyumlu kompüterlərdə istifadə olunan Intel mikroprosessorları ailəsi (x = 1, ..., 5 və 8086 üçün olmaya bilər). Bu ailəyə 086, 186, 286, 386, 486, Pentium, Pentium Pro, Pentium II aiddir. х86 arxitekturası prosessorun dörd iş rejimini dəstəkləyir: “real mode”, “protected mode”, “virtual x86 mode” və “user mode”.
x86 əsaslı kompüter - (ing. x86-based computer, ru. компьютер с процессором x86) – 8086, 80286, 80386, 80486 və ya Pentium prosessorunun bazasında hər hansı kompüter. Nömrələr müəlliflik hüququnun təsirinə düşmədiyindən Intel şirkəti rəqibləri ilə mübarizə aparmaq üçün öz prosessorlarına adlar verməyə başladı.