Xromosom

XromosomDNTzülallardan əmələ gəlmiş hüceyrəvi struktur. Hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Yunan dilindən tərcümədə boyanan cisimciklər deməkdir. Hüceyrənin daxili quruluşunu öyrənmək məqsədilə işlənilən əsas boyalarla rənglənir.

Xromosomum sxematik quruluşu

Hüceyrə bütün canlı formalarının ən kiçik vahididir. Eukariot hüceyrələr sitoplazma və nüvədən meydana gəlmişdir.

Hüceyrənin bölünməsi dövründə xromosom ikiləşir və bala hüceyrələrə bərabər miqdarda paylanır (mitoz bölünmə).


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy