Aqar

[Aqardan hazırlanmış məşhur yapon şirniyyatı
Aqar kürəcikləri olan klassik çay

Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid

Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır.

Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər.[1]

Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır. Polisaxarid gellərinin ən tipik nümayəndələri fəza torunun düyünlərindəki rabitənin kovalent rabitə olmayanlardır.[2]

  1. Məsimova A. B. Aqar gelinin istilik xassələrinə müxtəlif əlavələrin təsiri., Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş, magistrantların və gənc tədqiqarçıların "Fizika və Astronomiya problemləri" IX Respublika Elmi konfransının materialları., 2014, IX, Number:IX, Pages:98–100
  2. Məsimova A. B. Aqar gelinin istilik xassələrinə müxtəlif əlavələrin təsiri., Akademik B. M. Əsgərovun 80 illik yubileyinə həsr olunmuş "Fizikanın aktual problemləri" beynəlxalq elmi konfransı., 2013, I, Number:I, Pages:189 – 190

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy