Herma

«Hermes Propiley», heykəltaraş Alkamenə aid edilən Herma (e.ə. V əsr), İstanbul Arxeoloji Muzeyi

Herma (q.yun. ἔρμα — dirək, dayaq[1]) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu.

Hermaya ziyan vurmaq ağır küfrgünah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması AfinaSparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu.

Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir.

  1. Герма Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine // Восьмеричный путь — Германцы. — М. : Большая российская энциклопедия, 2006. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 6). — ISBN 5-85270-335-4.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy