Kenninq

XVIII əsrə aid nəşrin titul vərəqi

Kenninq (kenning, qədim Norveç mənşəli sözdən törəmişdir (kenna- “bilmək”, “tanımaq”, “hiss etmək”), müasir island tələffüzündə [cʰɛnːiŋk]) — skandinav skaldik poeziyası üçün, habelə ingilis-sakson və kelt poeziyası üçün səciyyəvi olan azı iki isimdən ibarət məcaz növüdür. Kenninq hər hansı əşyanın və ya şəxsin adi adını əvəz etmək üçün istifadə edilir. Məsələn, “Odinin oğlu” Toru bildirir, “Dalğa qabanı” deyəndə dəniz, “Arı canavarı” (Beovulf) deyəndə ayı nəzərdə tutulur. Kenninqlərin quruluşu prinsipləri və çoxsaylı nümunələrinə Kiçik Eddada və digər saqalarda rast gəlmək olar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy