Lobotomiya

Leykotomiyanın ilk sxemi

Lobotomiya (q.yun. λοβός, τομή sözlərindən götürülmüş, "alın" və "kəsik" mənalarını ifadə edir) beyin hissələrindən hər hansı birinin (frontal, parietal, temporal və ya oksipital) çıxarılması ilə aparılan psixocərrahiyyənin bir formasıdır. Prefrontal lobotomiya frontal lobların çıxarılması ilə aparılan lobotomiyadır. Bu əməliyyat nəticəsində beynin frontal loblarının mərkəzi sinir sistemi ilə əlaqələri tamamilə kəsilir və nəticədə insanda abuliya yaranır.

Leykotomiya termini də tibdə geniş istifadə olunan bir termindir (q.yun. λευκός, τομή sözlərindən götürülmüş, "ağ" və "kəsilmiş" mənalarını verir). Prefrontal lobotomiyadan sonra xəstələrə ömürlük "frontal lob sindromu" diaqnozu qoyulurdu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy