Ruter

Magistral kanallarda istifadə olunan marşrutlaşdırıcı

Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər.

Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy