Karmen (opera)

Karmen
fr. Carmen
Primyeranın afişası, 1875
Bəstəkar Jorj Bize
Librettoçu Lüdovik Halevi, Anri Melyak
Dili fransızca
Süjet Prosper Merimenin eyniadlı novellasından
Janr Faciə
Pərdə 4
Yaradılma tarixi 1874
İlk səhnələşdirmə 3 mart 1875[1]
Hadisələrin baş verdiyi yer İspaniya
Premyera 3 mart 1875
Paris, “Opera-Komik”
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik HaleviAnri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər.

Paris qəzetləri tənqid edərək yazırdı:

Ailənin təvazökar anaları, hörmətli ataları! Ənənəvi olaraq axşam əylənmək məqsədi ilə qızınızı ya zövcəlnizi ora (Karmen operasına) aparırsınız. Siz rədd edilmiş sevgilinin xəncərindən bu rüsvayçı həyata son qoyulanadək, qatır bələdçisinin qucağından suvarinin qucağına, oradan toreadorun qucağına atılan bu fahişəni görəndə, görəsən hansı hisslər keçirəcəksiniz [2].

  1. Archivio Storico Ricordi. 1808.
  2. ""Karmen", J. Bize". 2008-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy